Maraqlıdır, AMEA Mehdiyevi akademik statusundan məhrum etmək üçün nəyi gözləyirdi?
Əgər məhkəmənin hökmünü gözləyirdisə, gərək bir qədər də gözləyərdi.
Bunu hüquq müdafiəçisi Sahib Məmmədov sosial media hesabında bildirib.
O, vurğulayıb ki, hökm qüvvəyə minməyib və formal olaraq Mehdiyev hələ ittiham olunduğu cinayətlərə görə təqsirli bilinən şəxs statusunda deyil:
“AMEA-nın nizamnaməsinin 5.7-ci bəndinə görə “Akademiyanın həqiqi və müxbir üzvləri ömürlük seçilirlər”.
Akademik adına xitam verilməsi ilə bağlı nizamnamədə heç nə nəzərdə tutulmur. Ola bilər hansısa daxili sənəd var. Amma xitam məsələsi bir qayda olaraq əsas sənəddə nəzərdə tutulmalıdır”.
JASMİN







