Əsas məzmuna keç

Ukrayna dronları Rusiyanın ən iri neftayırma zavodunu “ziyarət edib”

Ötən gecə Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Samara vilayətində yerləşən Novokuybışevsk neft emalı zavoduna hücum edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, hücum nəticəsində zavodun ərazisində güclü yanğın baş verdiyi bildirilir. Hadisə ilə əlaqədar Samara hava limanının fəaliyyəti də məhdudlaşdırılıb. Məlumata görə, Novokuybışevsk neft emalı zavodu Volqaboyu regionunun ən böyük neft emalı müəssisələrindən biridir. Zavodun illik neft emalı gücü 8–9 milyon ton təşkil edir. Müəssisədə avtomobil, aviasiya, dəmir yolu və su nəqliyyatı üçün yanacaq, eləcə də sürtkü yağlarının komponentləri, bitum, koks və neft-kimya məhsulları istehsal olunur. Ukraynanın Budanova yaxın “Ukraine Context” teleqram kanalının iddiasına görə, Kiyev tərəfdaşlarına verdiyi vədə uyğun olaraq iki həftə ərzində Rusiyanın neft emalı zavodlarına hücumlardan çəkinib, lakin bundan sonra fasiləni davam etdirmək niyyətində deyil.

Rəsmi Moskva hələki faktı təsdiq etməyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…