Əsas məzmuna keç

Ukrayna: Bu gecə dörd bölgədəki enerji infrastrukturumuz Rusiya hücumlarının hədəfinə çevrildi

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ordusunun gecə ölkənin dörd bölgədəki enerji infrastrukturunu hədəf aldığını bildirib.

Tezadlar.az xəbər verir ki, sosial media hesabında verdiyi açıqlamada Zelenski ölkəsinə qarşı gecə hava hücumlarını qiymətləndirib.

Rusiyanın dörd bölgədəki enerji infrastrukturuna hücum etdiyini bildirən Zelenski “Hazırda yüz minlərlə ailə elektriksizdir” deyib.

Zelenski Rusiya ordusunun son bir həftə ərzində 1940 pilotsuz uçuş aparatı (PUA), 1580-dən çox idarə olunan bomba və 44 müxtəlif növ raketdən istifadə edərək hücumlar həyata keçirdiyini qeyd edərək, “bunlardan 36-sı ballistik raket idi” deyib.

Zelenski müttəfiq ölkələrin, xüsusən də ABŞ-nin Ukraynanın ehtiyac duyduğu hava hücumundan müdafiə raketlərinin tədarükünü sürətləndirəcəyini gözlədiklərini bildirib.

Ukrayna Prezidenti həmçinin ordusu və təhlükəsizlik qüvvələri tərəfindən Rusiyadakı hədəflərə qarşı həyata keçirilən hava hücumlarına da toxunub.

Zelenski Rusiyanın Rostov vilayətindəki raket və raketlər üçün bərk yanacaq istehsal edən Kamenski Zavoduna dünən hücum edildiyini qeyd edərək əlavə edib: “Pantsir-S2 kompleksi və S-400 “Triumf” sisteminin idarəetmə vasitəsi də vurulub. Vurulan hava hücumundan müdafiə obyektlərinin ümumi dəyəri təxminən 70 milyon dollardır”.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…