Əsas məzmuna keç

44 yaşlı multimilyonçu ailəsi ilə təyyarə qəzasının qurbanı oldu – FOTO

ABŞ-nin Florida ştatında noyabrın 1-də baş verən təyyarə qəzası nəticəsində İT şirkətlərinin (“Retention.com”, “RB2B” , “MoltSets” və s.) təsisçisi və sahibi , 44 yaşlı multimilyonçu Adam Robinson, həyat yoldaşı Helen və iki azyaşlı övladı həlak olub.

“Mirror” nəşrinin məlumatına görə, yaşayış məntəqəsinə düşərək partlayan biznes təyyarəsinin göyərtəsində olan doqquz nəfərin hamısı həyatını itirib.

Faciədən təxminən altı ay əvvəl Adam Robinson şəxsi bloqunda hazırda diqqət çəkən bir paylaşım edib: “Uçmağı öyrənmək üçün təyyarəni qəzaya uğratmaq lazım deyil… Biznes qurmaq üçün də vençur kapitalına ehtiyac yoxdur”.

Robinson ailəsinin yaxınları onun və ailə üzvlərinin itkisi ilə bağlı başsağlığı verənlərə təşəkkür edərək, Adam və Helenin fədakar valideynlər olduğunu, övladlarının isə onların həyatının mənası olduğunu bildiriblər.

Təyyarə qəzasının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma aparılır və əlverişsiz hava şəraitinin qəzanın səbəblərindən biri ola biləcəyi istisna edilmir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…