Tezadlar.az xatırladır ki, Türkiyədə tanınmış nüfuz sahibi Serdar Ünsal Türkiyə və Azərbaycan düşmənlərinə çağırış edərək “Birliyimizin pozulmasına imkan verməyək!” deyə hayqırıb. O, sosial media hesabında yazır: “Türkiyə və Azərbaycan liderləri hər fürsətdə qardaşlıq mesajları göndərərkən, bəzi dairələr saxta xəbərlər, manipulyasiya edilmiş görüntülər və süni intellekt tərəfindən yaradılan məzmunla bu qırılmaz bağı zədələməyə çalışırlar. Lakin artıq bu oyunlara aldanmamalıyıq. Prezident Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr Qələbə Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi mesaj iki dövlət arasındakı qardaşlığın nə qədər güclü olduğunun ən bariz göstəricisidir. “Bir millət, iki dövlət” anlayışı ilə Türkiyə və Azərbaycan arasındakı qardaşlıq əbədi yaşayacaq. Fitnəkarlığa, təxribata və saxta xəbərlərə qarşı ayıq-sayıq olaq. Qardaşlığımızı pozmağa çalışanların oyunlarına aldanmayaq”.
***







