Bakı Ali Neft Məktəbində ənənəmizə sadiq qalaraq, yeni qəbul olunan tələbələrimizə tələbə biletlərini təqdim etdim.
Təntənəli şəkildə təşkil etdiyimiz mərasimdə tələbələrimizlə yanaşı, onların valideynləri də övladlarının bu unudulmaz anına şahidlik etdilər.
Bunu BANM-nIn rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
“İlk mərhələdə İnformasiya təhlükəsizliyi, Kompüter elmləri, Kompüter mühəndisliyi, Data analitikası və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarına qəbul olan tələbələrimiz tələbə biletlərini aldılar.
Tədbirdə tələbə yoldaşları adından ixtisas birinciləri – Aysu Məhərrəmli (Kompüter elmləri), Emiliya Qayıbova (Data analitikası), Bəxtiyar Həsənli (İnformasiya təhlükəsizliyi), Nargilə Zeynalova (Kompüter mühəndisliyi) və Ziya Əlizadə (Proseslərin avtomatlaşdırılması mühəndisliyi) çıxış edərək təəssüratlarını və sevinc hisslərini bölüşdülər”, – deyə o qeyd edib.
JASMİN







