Əsas məzmuna keç

Azərbaycanda körpə sayında artım ola bilər – müavinət 900 manat artırılır…

Bundan sonra doğulan uşaqların anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. 

 Tezadlar.az  xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 1500 manat olması nəzərdə tutulur.

Qeyd edək ki, 2026-ci ildə sözügedən məbləğ 600 manat olub. Bu isə 900 manat artım deməkdir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…