Əsas məzmuna keç

Analara uşağa görə verilən aylıq müavinət artırılacaq

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir.

 Tezadlar.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, 3 yaşınadək uşağa qulluğa görə bir nəfərə düşən məbləğ 37 manat 58 qəpikdən 100 manata qaldırılır.

Qeyd edək ki, bu, 62 manat 42 qəpik artım deməkdir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…