Ötən gün Türkiyənin Afyonkarahisar bölgəsində fərqli yerlərdə 9 nəfərin meyiti tapılıb. Tezadlar.az Haber- Türk-ə istinadla bildirir ki, iki müxtəlif ünvanda 5 nəfərin meyiti aşkarlanıb. Başqa bir yerdə isə daha iki nəfərin güllələnmiş meyiti tapılıb. İki nəfərin isə yaralı olduğu barədə məlumat var. İlkin istintaq nəticəsində məlum olub ki, 9 nəfərin hamısı tüfənglə öldürülüb. Şübhəli şəxs və ya şəxslərin isə hadisə yerindən qırmızı rəngli avtomobillə qaçdığı qeyd olunub. İstintaq aparılır.
Türkiyədə silahlı hücumda 9 nəfər öldü…






