İranda nüvə hücumuna hazırlıq məqsədilə ictimaiyyətə yod tabletlərinin paylandığı iddiası əsas müzakirə mövzusuna çevrilib. Britaniyanın “The Times” qəzetində dərc olunan xəbərdən sonra İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur açıqlama verib. Kermanpur nazirliyə aid edilən ifadələri təkzib edib, lakin yod tabletlərinin paylanılıb-paylanılmadığı barədə qəti məlumat verməyib.
Tezadlar.az xəbər verir ki, İranın nüvə hücumuna hazırlaşdığı iddiaları beynəlxalq mətbuatda müzakirələrə səbəb olub. İsfahandakı Kazma dağı ətrafında yaşayanlara yod tabletlərinin verildiyi iddia edilsə də, İran Səhiyyə Nazirliyi iddialarla bağlı açıqlama verib.
Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur özünün “X” hesabında paylaşım edərək bildirib ki, “The Times” qəzetində nazirlik rəsmilərinə aid edilən ifadələr həqiqəti əks etdirmir.
“SƏHİYYƏ NAZİRLİYİNDƏN HEÇ BİR RƏSMİ BƏYANAT VERİLMƏDİ”
Kirmanpur “The Times” qəzetində ona aid edilən ifadələrə etiraz edərək, İran Səhiyyə Nazirliyinin heç bir rəsmisinin “The Times” qəzetinə açıqlama vermədiyini bildirib.
İran sözçüsü bildirib ki, “Səhiyyə Nazirliyinin heç bir rəsmisi “The Times” qəzetinə açıqlama verməyib və nazirliyə aid edilən ifadələr həqiqəti əks etdirmir”.
Kirmanpur həmçinin səhiyyə sisteminin müxtəlif təhlükə ssenarilərinə hazır olduğunu vurğulayıb.
YOD TABLETLƏRİ PAYLANIBMI?
Açıqlamada diqqətçəkən bir detal yod tabletlərinin paylanması ilə bağlı birbaşa təsdiq və ya təkzib edilməməsi olub.
Kirmanpur nazirlik rəsmilərinə aid edilən ifadələri təkzib etsə də, Kazma dağı ətrafında yaşayanlara yod tabletlərinin paylanıb-paylanmadığını dəqiqləşdirməyib.
Buna görə də, bölgədə tabletlərin paylanması ilə bağlı iddialar hələ təsdiqlənməyib.
“TƏSDİQLƏNMƏMİŞ XƏBƏRLƏR YAYMAQ MƏSULİYYƏTSİZLİKDİR”
Səhiyyə Nazirliyinin mümkün təhdidlərə hazırlaşdığını bildirən Kirmanpur, müharibə vəziyyəti elan etmək səlahiyyətinin nazirliyə aid olmadığını xatırladıb.
İran sözçüsü deyib: “Müharibə vəziyyəti elan etmək Səhiyyə Nazirliyinin səlahiyyətində deyil və bu şəraitdə təsdiqlənməmiş xəbərlərin yayılması məsuliyyətsizlikdir.”
Kirmanpur həmçinin səhiyyə sisteminin müxtəlif potensial hücumlara və təhdidlərə hazır olduğunu iddia edib.
“THE TIMES” NƏ İDDİA EDİB?
Böyük Britaniyada yerləşən “The Times” qəzeti İran Səhiyyə Nazirliyinin rəsmilərinin İsfahandakı Kazma dağı yaxınlığında sakinlərə yod tabletləri payladıqlarını etiraf etdiklərini iddia etmişdi.
Xəbərdə paylamanın mümkün nüvə hücumuna qarşı tədbir olaraq həyata keçirildiyi iddia edilmişdi.
Qəzet İran rəsmilərinə istinadən bildirib: “Bəli, biz yod paylayırıq. Trampa artıq etibar etmək olmaz. O, bu cinayəti törədə bilər.”
İran Səhiyyə Nazirliyinin sözçüsü Kirmanpur bu ifadələrin nazirlik rəsmilərinə aid olduğunu təkzib edib.
Beləliklə, The Times qəzetinin verdiyi açıqlamalarla İran Səhiyyə Nazirliyinin rəsmi qiymətləndirməsi arasında ziddiyyət yaranıb və yod tabletlərinin paylanması ilə bağlı qeyri-müəyyənlik davam edir.
ELBAR







