3 noyabrda ABŞ-da keçirilən ara seçkilərdə səslərin sayılması davam edərkən, Demokratlar Nümayəndələr Palatasında 254 yerə, Respublikaçılar isə 162 yerə sahib olublar.
Tezadlar.az xəbər verir ki, Associated Press (AP) agentliyinin əldə etdiyi qeyri-rəsmi nəticələrə görə, Demokratlar Nümayəndələr Palatasında Respublikaçılardan çoxluğu əldə ediblər.
Müvafiq olaraq, Demokratlar indiyə qədər Nümayəndələr Palatasında 254 yerə sahib olublar, Respublikaçılar isə 162 yerə sahibdirlər.
Əvvəllər Respublikaçılar tərəfindən tutulan 44 yer Demokratlara keçib.
Qalibləri hələ müəyyən edilməmiş Nümayəndələr Palatasında 19 yerə səslərin sayılması davam edir.
ABŞ-da ara seçkilər
Amerikalılar öz ştatlarında qubernatorları və digər yerli vəzifələri, eləcə də Nümayəndələr Palatasında 435 yerin hamısını və Senatdakı 100 yerdən 35-ni seçmək üçün seçki məntəqələrinə gediblər.
Açıqlanan qeyri-rəsmi nəticələrə görə, Demokratlar həm Senatda, həm də Nümayəndələr Palatasında Respublikaçılardan çoxluq əldə ediblər.
ABŞ seçki sistemində Nümayəndələr Palatasının bütün 435 üzvü hər iki ildən bir seçilir: bir dəfə ABŞ prezidentinin seçildiyi ümumi seçkilər zamanı, bir dəfə isə ara seçkilər zamanı.
100 üzvdən ibarət Senatda altı illik müddətə seçilən senatorların üçdə biri də hər iki ildən bir yenidən seçilir.
ELBAR







