ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmanın əldə olunmasına çox yaxın olduqlarını bildirib. Tezadlar.az xatırladır ki, prezident bu barədə o, CBS News telekanalına müsahibəsində danışıb. Sitat: “Düşünürəm ki, razılaşmanın əldə olunmasına çox yaxınıq”, – Tramp Ukraynadakı vəziyyəti şərh edərkən deyib.
Tramp danışıqların uğurla nəticələnəcəyinə inandığını, lakin yekun razılaşmadan sonra Ukraynanın ərazi baxımından müəyyən dəyişikliklərə məruz qala biləcəyini vurğulayıb. “Düşünürəm ki, buna nail olacağıq. Hesab edirəm ki, bu baş verəcək və nəticədə Ukraynanın forması bir qədər fərqli olacaq”, – Tramp bildirib.
Bununla belə, ABŞ Prezidenti mümkün ərazi dəyişikliklərinin konkret olaraq hansı bölgələri əhatə edə biləcəyini açıqlamayıb.
Hələki bu danışıqların mahiyyəti barədə nə Ukrayna, nə də Rusiya tərəfi hər hansı bir şərh verməyib.







