Əsas məzmuna keç

Tramp: İrana hücumlar tarixə indiyə qədər etdiyimiz ən yaxşı şeylərdən biri kimi düşəcək

ABŞ prezidenti Donald Tramp İrana hücumların tarixə “indiyə qədər etdiyimiz ən yaxşı şeylərdən biri” kimi düşəcəyini bildirib.

Tezadlar.az xəbər verir ki, Prezident Tramp bu sözləri həftəsonunu keçirdiyi Floridadan Ağ Evə qayıdan təyyarəsinə minməzdən əvvəl Vest Palm Biçdə mətbuata bildirib.

İran müharibəsində qalib gəldiklərini iddia edən Tramp deyib: “Sizə deyə bilərəm ki, bu, tarixə indiyə qədər etdiyimiz ən yaxşı şeylərdən biri kimi düşəcək. Çünki onların nüvə silahı olsaydı, dünyanı partladardılar. Niyə? Çünki onlar dəlidirlər.”

Tramp əlavə edib: “İranla bağlı sual budur ki, bu məsələni indi, yoxsa sonra bağlayacağıq? Gözləyə bilərik. Bəzi qonşuları hər şeyin olduğu kimi qalmasını üstün tuturlar.”

İrana hücumlar zamanı “tək bir əsgər itirdiklərini” iddia edən Tramp illərdir davam edən və minlərlə itkinin baş verdiyi Vyetnam müharibəsini nümunə kimi göstərib.

Tramp deyib: “Mən gedib onları indi partlada bilərəm. Problem ondadır ki, onları heç vaxt yenidən qura bilməzsən. Əgər körpüləri və elektrik stansiyalarını partlatsam, onları yenidən qurmaq çox uzun vaxt aparacaq. Onların böyük körpüləri var.”

J.D.Vensin ara seçkilərlə bağlı şərhləri

Vitse-prezident J.D.Vensin İrana hücumların Respublika Partiyasının 3 noyabr ara seçkilərində məğlub olmasının səbəblərindən biri olduğu barədə açıqlamasının Trampla münasibətlərinə təsir edib-etmədiyi soruşulduqda, Tramp belə cavab verib: “Çox adam J.D.Vensin ara seçkilərlə bağlı şərhlərini bəyənmədi, amma mən onlardan deyiləm.”

Tramp sözünə davam edərək deyib: “O, bir şeydə haqlı idi. Düşünürəm ki, çox vacib olan başqa bir şey deməli idi. Əgər yenidən İrana hücum etmək şansınız olsaydı, eyni şeyi təkrar edərdinizmi? Cavab bəlidir.”

3 noyabr seçkilərindən sonra ABŞ vitse-prezidenti J.D.Vens sosial media paylaşımında Respublika Partiyasının ara seçkilərdəki məğlubiyyətini İranla müharibə və İsraillə münasibətlərlə əlaqələndirib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…