Əsas məzmuna keç

Demokratlar Trampın sərt ittihamına məruz qalıb

ABŞ prezidenti Donald Tramp Demokratlar Partiyasını hakimiyyətdən sui-istifadə etməkdə və ölkəni öz məqsədləri üçün alətə çevirməyə çalışmaqda ittiham edib. Tezadlar.az xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.

“Demokratların müdafiə naziri Pit Heqsetə qarşı impiçment prosesinə başlamaq cəhdi tamamilə uğursuzluqla nəticələndi! Əsl uğursuz Tomas Messidən başqa bütün respublikaçılar Pitin lehinə səs verdilər. Venesuela və İranda növbəti qələbələr, silahlı qüvvələr tarixində ən yüksək hərbi xidmətə qəbul göstəriciləri və görünməmiş ruh yüksəkliyi böyük Amerika vətənpərvərinin bəraət qazanmasına səbəb oldu. Demokratlar ABŞ-dan öz məqsədləri üçün istifadə etməyə və hakimiyyətdən sui-istifadə etməyə davam edirlər. Onları dayandırmaq lazımdır!” – Tramp yazıb.

Demokrtalardan bəziləri isə Trampın bu bəyanatını yersiz adlandırıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…