Artıq dünyanın iqlim gələcəyinin formalaşdırılacağı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) üçüncü günündə Liderlər Sammiti başlayır. Tezadlar.az “CNN- Türk”ə istinadla xəbər verir ki, dünyanın diqqət mərkəzində olan zirvəyə 102 ölkənin dövlət və hökumət başçısı, 300 nazir, 196 ölkədən yüksək səviyyəli nümayəndə heyətləri qatılır. GLiderlər “Anadolu Zalı”nda toplaşacaq.
Xatırlatma: Azərbaycan Prezidenti İlham Əliyev də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyədə səfərdədir.







