Əsas məzmuna keç

İmran Əliyevə 10, Elgiz Qəhrəmanlıya 9 il həbs cəzası verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə “Məclis.info” saytının rəhbəri İmran Əliyev və Elgiz Qəhrəmanın cinayət işi üzrə hökm oxunub.

Tezadlar.az xəbər verir ki, məhkəmə İmran Əliyevin 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il, (ümumi rejimli) Elgiz Qəhrəmanlının 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il (ciddi rejimli), iş üzrə digər təqsirləndirilən Tamella Musayevanın 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 il sınaq müddəti olmaqla 7 il şərti azadlıqdan məhrum edilməsinə hökm qərarı çıxarıb.

Dövlət ittihamçısı çıxışında İmran Əliyevin 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il, Elgiz Qəhrəmanlının 11 il, Tamella Musayevanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, təqsirləndirilən İmran Əliyev ötən il aprelin 19-da həbs edilib. Elgiz Qəhrəman isə sonradan iş üzrə təqsirləndirilən şəxs kimi tanınıb və barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilib.

Bu gün keçirilən prosesdə isə polis nəzarətində olan Elgiz Qəhrəmanlı barəsində qətimkan tədbiri seçildiyindən məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hər iki şəxsə Cinayət Məcəlləsinin 8 maddəsi ilə 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham olunur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…