Əsas məzmuna keç

“Qızına cadu edilib” deyərək həkimdən pul istəyib

Moskvada həkimi aldadan falçı saxlanılıb. 

Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Moskvadakı poliklinikalardan birində baş verib.

Məlumata görə, tanımadığı qadın həkimin yanına gələrək onun qızına guya cadu edildiyini bildirib. Qadın bu cadunu aradan qaldırmaq üçün həkimdən 37 min rubl (təxminən 760 manat) tələb edib.

Həkim əvvəlcə özünü falçı kimi təqdim edən qadına inanıb və hətta pul çıxarmağa gedib. Lakin sonradan aldadıldığını anlayaraq polisə müraciət edib.

Polis əməkdaşları dələduzluqda şübhəli bilinən qadını saxlayıblar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…