Qara dənizin Bolqarıstan sularında qəzaya uğramış, Rumıniyadan Misirə təxminən 3 min ton buğda daşıyan Somali bayrağı altında üzən “BETUL 8” yük gəmisinin heyətində 4 Azərbaycan vətəndaşı olub.
Tezadlar.az Türkiyə mediasının məlumatına görə, ümumilikdə 12 nəfərdən ibarət heyətin 8-i Türkiyə, 4-ü isə Azərbaycan vətəndaşıdır. Onların axtarış-xilasetmə əməliyyatı zamanı helikopterlə gəmidən təxliyə edilərək sahilə aparıldığı bildirilir.
1988-ci ildə inşa edilmiş gəmi Bolqarıstanın müstəsna iqtisadi zonasında, Kaliakra burnundan təxminən, 40 dəniz mili cənub-şərqdə qəza siqnalı verib. Bolqarıstan mediası gəminin partlayışdan sonra batdığını iddia edib.
“BETUL 8” Rumıniyanın Tulça limanından Misirə təxminən 3 min ton buğda daşıyırdı. Gəmi Marşal adalarında qeydiyyatdan keçmiş “Optimus Marine” şirkətinə məxsusdur və həmin şirkət tərəfindən idarə olunur.
Qeyd edək ki, 15 noyabr 2026-cı il tarixində Rumıniyanın Sulina limanı yaxınlığında “Palmali” şirkətinə məxsus, göyərtəsində 13-ü Azərbaycan və 1-i Türkiyə olmaqla 14 nəfər olan “Alı Najafov” tankerə dron hücumu olub. Heyətin operativ müdaxiləsi ilə yanğının qarşısı alınıb, xəsarət alan olmadığı bildirilir.
_____________
BETUL 8 yük gəmisi Qara dənizin Bolqarıstan sahillərində qəzaya uğrayıb.
Milli.Az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası ölkənin Nəqliyyat Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilib ki, Somali bayrağı altında üzən BETUL 8 gəmisi 3 ton səpmə buğda daşıyırdı və Rumıniyadan Misirə hərəkət edirdi. Onun göyərtəsində 12 heyət üzvü olub.







