Əsas məzmuna keç

Taylandda yanğın faciəsi: 11 ölü

Taylandın məşhur turizm məkanı olan Phuket adasında dördmərtəbəli binada baş verən yanğında 11 nəfər həlak olub.

Tezadlar.az xəbər verir ki, Tayland polisinin açıqlamasına görə, yanğın yerli vaxtla saat 03:30 radələrində (Bazar günü saat 23:30 GMT) Phuketin Patong bölgəsindəki dördmərtəbəli binada başlayıb.

Alov birinci mərtəbədə restoran, yuxarı mərtəbələrdə isə kirayə otaqlarının yerləşdiyi binanı bürüyüb.

AFP-yə danışan polis məmuru bildirib: “Yanğınsöndürənlərin yanğını nəzarət altına alması iki saat çəkib və Tayland və Myanma vətəndaşları da daxil olmaqla 11 nəfərin cəsədi çıxarılıb.”

Məmur əlavə edib ki, yanğının səbəbi araşdırılır və 16 nəfər xəstəxanada müalicə alır.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…