Əsas məzmuna keç

Tramp “Nvidia”nın keçmiş rəhbərinə yaşıl işıq yandırdı

ABŞ Prezidenti Donald Tramp Amerikanın “Nvidia” korporasiyasının baş icraçı direktoru vəzifəsinə Censen Huanqın qayıtmasına etiraz etməyəcəyini bildirib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə Ağ Evi tərk edib Alyaskaya yola düşərkən jurnalistlərə bildirib.

Bununla belə, ABŞ Prezidenti qeyd edib ki, Censen Huanq vacib bir dərs alıb.

Huanqın gedişindən sonra Tramp “Apple”ın keçmiş baş direktoru Tim Kukun “Nvidia” rəhbəri postuna namizədliyinə dəstəyini ifadə edib.

Censen Huanqın istefası noyabrın 12-də məlum olub. Onun vəzifədən uzaqlaşdırılmasına səbəb ABŞ xüsusi xidmət orqanlarının Çinin xeyrinə casusluqda şübhəli bildiyi, onunla eyni soyadı daşıyan Elis ilə ehtimal olunan əlaqəsinə dair mediada yayımlanan məlumatlar olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…