Əsas məzmuna keç

Hökumət ələbaxan mediaya yardımı gələn ilə 10 milyon manat azaldır!

Parlament dövlət büdcəsinin müzakirələrini davam etdirməkdədir… Tezadlar.az xatırladır ki, 2026-cı ildən fərqli olaraq 2027-ci ildə mediaya ayrılan vəsait korrektə edilməkdədir. Gələn il bu dəstəklənmə, yəni dotasiya vəsaiti 10 milyon manat azalacaq. Məsələn, büdcə layihəsinin müzakirəıərindən məlum olur ki, 2027-ci ildə çediaya 68 milyon 369 min manat ayrılması proqnozlaşdırılır. Belə ki, əgər 2026-cı ildə mediaya ayrılan vəsait 78,7 milyon manat idisə, 2027-ci ildə bu məbləğ 13 faiz az, yəni 10,3 milyon manat az olacaq. Bu isə o deməkdir ki, hökumət ələbaxımlı mediadan canını qurtarmaq istəyir. İndi sosial media nəinki ənənəvi medianı, həm də elektron medianı üstələməkdədir…

SƏBUHİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…