Əsas məzmuna keç

İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparıblar

İranın xarici işlər naziri Abbas Əraqçi Məsqətdə omanlı həmkarı Bədr əl-Busaidi ilə görüşüb. Görüşün əsas gündəm maddəsi Hörmüz boğazı və regiondakı son hadisələr olub.

Tezadlar.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Məsqət şəhərinə səfər edən Əraqçini Omanlı həmkarı Busaidi qarşılayıb.

Qəbuldan sonra iki nazir arasında görüş keçirilib.

Bildirilib ki, görüşdə Yaxın Şərq və Fars körfəzindəki hadisələr, eləcə də Hörmüz boğazında dəniz təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…