Əsas məzmuna keç

İran Bəhreyndəki bazada yerləşən ABŞ radar sistemini hədəf aldığını açıqladı

İran İnqilab Keşikçiləri Korpusu ABŞ pilotsuz uçuş aparatları (PUA) tərəfindən ölkənin hava məkanının pozulmasına cavab olaraq Bəhreyndəki Şeyx İsa hava bazasında yerləşən ABŞ radar sistemini hədəf aldığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun yazılı açıqlamasına görə, bazadakı radar sistemi səhər saatlarında aparılan dəqiq əməliyyat nəticəsində vurulub.

Açıqlamada Bəhreyndəki Şeyx İsa Hava Bazasındakı radar sisteminin hədəfə alınmasının, ABŞ dronları tərəfindən İran hava məkanının davamlı pozulmasına cavab olaraq, elektron müharibə sistemlərindən istifadə edərək ABŞ MQ və RQ-170 tipli dronları ələ keçirmək əməliyyatının davamı olduğu bildirilir.

İnqilab Keşikçiləri həmçinin hava məkanının pozulmasının cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…