Nə baş verir? Gürcüstandan İrana minik avtomobillərinin re-ixracı tarixi maksimuma çatıb. 2026-cı ilin ilk 9 ayında İrana ümumi dəyəri 129,4 milyon ABŞ dolları olan 7 365 avtomobil göndərilib. Bu, rekord göstəricidir. Tezadlar.az xəbər verir ki, Milli Statistika Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə İrana minik avtomobillərinin re-ixracı 368 dəfə artıb. Belə ki, ötən ilin eyni dövründə İrana cəmi 20 avtomobil göndərilib və onların ümumi dəyəri 693,7 min ABŞ dolları təşkil edib. Re-ixracın həcmi artdığı halda, bir avtomobilin orta qiyməti isə təxminən iki dəfə azalıb. Hansı ki, ötən il bir avtomobilin vergilər nəzərə alınmadan orta ixrac qiyməti 34 685 dollar olduğu halda, 2026-cı ilin yanvar-sentyabr aylarında bu göstərici 17 573 dollara enib. Qeyd edək ki, avtomobilin markası, istehsal ili və digər xüsusiyyətlərindən asılı olaraq, ayrı-ayrı avtomobillərin qiyməti orta göstəricidən xeyli yüksək və ya aşağı ola bilər. Bununla yanaşı, 2026-cı ilin ilk 9 ayında İran Gürcüstanın avtomobil ixracı üzrə ən böyük bazarları arasında üçüncü yerdə qərarlaşıb. Halbuki 2025-ci ilin eyni dövründə İran ilk onluğa belə daxil olmayıb.
Xatırlatma: İran yeganə ölkədir ki, xarici ölkələrin istehsalı olan avtomobillərə ikiqat gömrük vergisi tətbiq etməkdə idi. Məsələn, ölkəyə Almaniya istehsalı olan avtomobil gətirmək istəyən mütləq həmin avtomobolin alış qiyməti qədər də gömrük rüsumu ödəməli olurdu. Bununla da hökumət daxili bazarı qorumaq istəyirdi. Görünür, artıq bu ağır şərt aradan qaldırılıb, çünki iki ildir müharibə aparan ölkənin avtomobil bazarı isə daxili təlabatı ödəyə bilmirdi…
A.Məmmədli







