Əsas məzmuna keç

Rusiyada hərbi təyyarə qəzaya uğradı- 19 nəfər öldü

Rusiyanın Kemerovo vilayətində An-12 təyyarəsi qəzaya uğrayıb və nəticədə göyərtədə olan 19 nəfər həlak olub. Tezadlar.az E1.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik qəzanın planlaşdırılmış uçuş zamanı baş verdiyini açıqlayıb. Bildirilib ki, qəzaya ilkin səbəb texniki nasazlıq olub.

Qeyd olunub ki, Rusiya hava kosmik Qüvvələrinin komissiyası qəzanın bütün hallarını müəyyən etmək üçün hadisə yerində işləyir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…