14 Noyabr 2022 / 07:28

İSTANBULDA TERRORU TÖRƏDƏN PKK-ÇI HƏBS EDİLDİ

Xəbər verdiyimiz kimi, dünən Türkiyə vaxtı ilə saat 16:00 radələrində Türkiyənin İstanbul şəhərinin mərkəzindəki İstiqlal Meydanında törədilən partlayış PKK/PYD terror təşkilatı tərəfindən törədilib.

Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu barədə təsdiqləyici məlumat verib və nazir bildirib ki, partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Nazir, həmçinin bildirib ki, artıq partlayışa səbəb olan bombanı qoyan şəxs yerli polis idarəsi tərəfindən həbs edilib. Lakin nazir hələki həmin terrorçunun adını açıqlamayıb: “Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik”.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!