Əsas məzmuna keç

Avtomobil kanala düşdü – 65 yaşlı sürücü öldü, 4 nəfər xəsarət aldı

Tovuz rayonunun Qovlar kəndi ərazisində minik avtomobilinin su kanalına düşməsi nəticəsində sürücü ölüb, ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Tezadlar.az–a verilən məlumata görə, “VAZ” markalı minik avtomobili idarəetmədən çıxaraq su kanalına düşüb. Hadisə barədə nazirliyin “112” qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Xilasedicilər həlak olan sürücünün, 1961-ci il təvəllüdlü Şakir Şahmalı oğlu Hüseynovun meyitini kanaldan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…