Bakı Ali Neft Məktəbinin 15 illiyinə həsr olunmuş SEG BANM və SPE BANM-in dəstəyi ilə Neft və Qaz Forumu keçirilib.
Bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
O, diqqətə çatdırıb ki, Forumda neft-qaz sənayesinin aktual məsələlərini, enerji sektorunun gələcək perspektivlərini və dayanıqlı inkişaf istiqamətlərini, akademik mühitlə sənaye nümayəndələri arasında əməkdaşlığı müzakirə ediblər.
“Dəyərli çıxışlarına və müzakirələrə töhfələrinə görə SOCAR-ın vitse-prezidentinin müavini Şəlalə Hüseynovaya, SOCAR-ın Media, ictimaiyyətlə əlaqələr və kommunikasiya departamenti rəisinin müavini Emin Axundzadəyə, “SOCAR Green” şirkətinin Texnologiya və innovasiya departamentinin direktoru Elçin Tarquliyevə, BANM-in Neft-qaz mühəndisliyi kafedrasının dosenti Rauf Nadirova, “SOCAR Downstream Management” şirkətinin proses mühəndisi Toğrul Qurbanlıya və BANM məzunu, “Switch Energy Alliance” şirkətinin marketinq və kommunikasiya meneceri Mədinə Ziyadxanovaya təşəkkür edirəm”, – deyə rektor qeyd edib.
JASMİN










