Əsas məzmuna keç

Nikol Paşinyan onu korrupsiyada ittiham edən KİV-ləri məhkəməyə verdi

Ermənistanın Baş naziri  onlardan məhkəmələr vasitəsilə 11.000 dollar təzminat tələb etmək niyyətindədir.

Ermənistanın Baş naziri Nikol Paşinyan “Yerevan.Today” veb saytına –  baş redaktoru Sevak Akopyana və “Ayeli” (Ayna) Mətbuat Klubuna qarşı iddia qaldırıb.

Məlumat Datalex hüquqi informasiya saytında dərc edilib.

Belə ki, Nikol Paşinyan Media Plus MMC-dən (“Yerevan.Today”ın sahibi) və Akopyandan “yüksək səviyyəli soyğunçuluq” və “yüksək səviyyəli korrupsiya” iddialarının təkzib edilməsini tələb edir.

Baş nazir, həmçinin bu iddiaları yayan “Ayeli” (Ayna) mətbuat klubunun da təkzib verməsini tələb edir.

Qaldırılan iddiada, həmçinin cavabdehlərdən “zərər üçün maddi təzminat” olaraq 4 milyon dram (11.000 dollar) tələb olunur.

 

Y.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…