Əsas məzmuna keç

Taleh Kazımov texnoloji ekspertlərlə ilk görüşünü keçirib – FOTO

taleh kazimov osaman
Mərkəzi Bankın sədri Taleh Kazımovun texnoloji ekspertlərlə ilk görüşü keçirilib.
Görüşdə Mərkəzi Bankın rəhbəri qurumda və maliyyə-bank sektorunda rəqəmsal transformasiya istiqamətində gözlənilən konseptual layihələr haqqında, görülən işlər və qarşıdakı dövrdə nəzərdə tutulan tədbirlər haqqında məlumat verib.
 Bu barədə  Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  sosial media hesabında bildirib.
“Taleh Kazımov ekspertlərlə belə bir əməkdaşlıq formatının yaradılmasının və davamlı fəaliyyət göstərməsinin sektorda rəqəmsal transformasiya proseslərinin daha uğurla həyata keçirilməsinə töhfə verəcəyini bildirib.
Görüşdə qanunvericiliyin, rəqəmsal və açıq bankçılığın, FinTex və bank sektorunda innovasiyalarının inkişafı, bank kartları ilə bağlı dələduzluq hallarının qarşısının alınması, xaricə ödəniş və xaricdən ödənişlə bağlı, PayPal və digər qlobal ödəniş sistemlərinin Azərbaycanda fəaliyyəti, fərdi məlumatlar və süni intellektin tətbiqində təhlükəsizlik məsələləri müzakirə olunub.
Həmçinin maliyyə-bank sektorunun startaplara münasibətdə mühafizəkar yanaşmasının yumşaldılması, həssas məlumatlara çıxışı olan sahələrdə xarici vətəndaşların çalışması, yeni normativ sənədlərin hazırlanmasında ekspertlərin iştirakı, rəqəmsal manat və stablecoin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Mərkəzi Bankın sədri virtual aktivlər haqqında qanun layihəsinin Milli Məclisə təqdim olunduğunu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna dəyişikliklərin, kraudfandinq və vençur maliyyələşməsi ilə bağlı bir sıra qaydaların hazırlanmaqda olduğunu bildirib.
Bank sektorunda kibercinayətkarlığın qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla, PayPal-ın Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı isə beynəlxalq tərəfdaşlarla birgə işlərin aparıldığı diqqətə çatdırılıb.
Taleh Kazımov ekspertlərin qaldırdığı məsələlərə münasibət bildirib, görüşdə iştirak edən MB rəsmilərinə müvafiq tapşırıqlar verib. Sektorun rəqəmsal transformasiyasına yönələn təşəbbüslərin dəstəklənəcəyi vurğulanıb.
Düşünürəm ki, Mərkəzi Bankla texnoloji ekspertlər arasında belə bir davamlı əməkdaşlıq formatının formalaşması maliyyə-bank sektorunda innovasiyaların inkişafı, mövcud tənzimləmələrin təkmilləşdirilməsi və daha çevik qərarların qəbulu baxımından faydalı olacaq”, – deyə qeyd edib.
JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…