Əsas məzmuna keç

Odessa bölgəsinə hava zərbəsi endirildi

Rusiya ordusu Ukraynanın Odessa bölgəsinə hava zərbəsi endirib. ölənlər və xəsarət alanlar var. Hücum nəticəsində 2 nəfər həlak olduğu, yaralılar arasında bir uşaq olduğu bildirilir.

Tezadlar.az xəbər verir ki, bu barədə Odessa vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper açıqlama yayıb.

Onun sözlərinə görə, həlak olanlardan biri 41 yaşlı kişi, digəri isə 17 yaşlı oğlandır. 12 yaşlı uşaq da daxil olmaqla daha üç nəfər yaralanıb.

Kiper bildirib ki, Rusiya ordusu mülki infrastruktura, fərdi evə, sənaye binasına və avtomobillərə zərər vurub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…