Əsas məzmuna keç

Sumqayıtda dənizdə batan gəncin meyiti tapıldı

trend fhn beach

Sumqayıtda dənizdə batan gəncin meyiti tapılıb.

Tezadlar.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Nəsrəddin Şahəliyev noyabrın 18-də Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən aparılan axtarışlar nəticəsində gəncin meyiti batdığı yerdən 600 metr aralıda, nəzarətsiz ərazidə aşkar edilib.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…