Tezadlar.az xəbər verir ki, az əvvəl dünyasını dəyişən Xalq artisti Elmira Şabanova ilə vida mərasimi sabah saat 11:00-da Təzəpir məscidində keçiriləcək. Bu barədə mərhum Xalq artistinin qızı məlumat verib. “Vida mərasimi Təzəpir məscidində keçiriləcək. Daha sonra Yasamal qəbiristanlığında atamın qəbrinin yanında dəfn edəcəyik”, – deyə qızı bildirib.
Allah rəhmət eləsin!







