Əsas məzmuna keç

Röya: “Əkizlərin ahını alma”

Xalq artisti Röya Ayxan şəxsi həyatı, xarakteri və yeni klipi ilə bağlı maraqlı açıqlamalar verib.

Tezadlar.az xəbər verir ki, müğənni əkizlər haqqında fikirlərini bölüşərək onların ahından çəkindiyini bildirib. Sənətçi özünün də əkiz olduğunu xatırladıb və bu insanların fərqli xüsusiyyətlərə malik olduğunu vurğulayıb:

“Deyirlər ki, əkizlərin ahını alma. Çünki ahı ağırdır. Biz doğru sevənik. Əkizlər də iki cür olur. Bəzi tanıdıqlarımdan zəhləm gedir. Mənim kimi əkizlər milyonlarladır. Biz başqayıq. Ahdan qorxuram. Qorxağam. Dilim acıdır, bir söz deyirəm, səhərə qədər Allaha yalvarıram”.

Yeni klipindən də söz açan Röya Ayxan bu layihədə bəzi məqamların onda peşmanlıq hissi yaratdığını etiraf edib. Özünü qırmızı rəngin qadını adlandıran ifaçı keçmişdə yaşadığı təcrübələrin onu dəyişdirdiyini deyib:

“Heç vaxt peşman olmağı sevməmişəm, amma bu klipdə peşman oldum. Cahilliyimdən bir çox şeyləri yaşadım. O məni böyütdü. Peşmançılıq çəkən Röya var”.

Xalq artisti cəsarət anlayışına münasibətini də açıqlayıb. O, özünü risk etməyi sevən biri hesab etmədiyini, həyatında daha çox seçici davranmağa üstünlük verdiyini bildirib:

“Seçici biriyəm. Cəsarət ağılsızlıqdır. Cəsarət kişiyə aid olan xüsusiyyətdir. Əsgəri, hərbçini sevərəm. Qadınlıqda cəsarət, cahillikdir. Ona görə də seçici olmağı seçərəm”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…