İngiltərənin “Mançester Siti” klubu bütün turnirlərdə ardıcıl 10 oyunda qapısında qol görüb.
Tezadlar.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyanın “Napoli” klubu ilə qarşılaşan “şəhərlilər” 2:2 hesablı heç-heçə ediblər.
Qeyd olunur ki, klub 2019-cu ilin dekabrından bəri ilk dəfə belə uğursuz seriya ilə üzləşib. “Mançester Siti” sonuncu dəfə oktyabrın 11-də İngiltərə Premyer Liqasının VI turunda “Liverpul”la qarşılaşmada (3:0) qapısını toxunulmaz saxlayıb.







