Əsas məzmuna keç

Bakıda Estoniya səfirliyinin rəsmi açılışı olacaq

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna noyabrın 27-də Azərbaycana səfər edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.

Marqus Tsahkna səfər zamanı bir sıra rəsmi görüşlərdə iştirak edəcək

Görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, xüsusilə biznes, innovasiya və rəqəmsal idarəetmə sahələrində əlaqələrin inkişafı müzakirə olunacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…