Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Gələcəkdə koronavirusun mutasiyalarının adlandırılması üçün yunan əlifbasının 24 hərfi kifayət etməyə bilər, bu halda yeni ştammlara bürclərin adlarının verilməsi nəzərdə tutulur”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove deyib.
O bildirib ki, potensial yeni ştammların adlandırılması üçün yunan tanrılarının adları təklif olunsa da, bu variant qəbul edilməyib.
Ekspertin sözlərinə, koronavirus ştammlarının adlandırılması ilə bağlı qərar tezliklə elan oluna bilər.
Qeyd edək ki, bu ilin mayında ÜST COVID-19-a səbəb olan SARS-CoV-2 koronavirus ştammlarının yunan hərfləri ilə adlandırılacağını elan etmişdi.
Xatırladaq ki, bu günədək “alfa”, “beta”, “qamma”, “delta” və “lyambda” ştammları məlumdur.