Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Belqorod vilayətinin Ukrayna ilə həmsərhəd Murom kəndi Ukrayna Silahlı Qüvvələrinin (USQ) atəşinə məruz qalıb.
Bu barədə bazar ertəsi, yanvarın 2-də Rusiya vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram-kanalında məlumat verib.
“Ölən və yaralanan yoxdur. İki fərdi təsərrüfatda dağıntılar var – mərmi parçaları ilə pəncərələri sındırıb, dam örtüyü zədələnib. Bir avtomobilə də ziyan dəyib”, – deyə rayon rəhbəri izah edib.
O, qeyd edib ki, atəş açılan yerə əməliyyat xidmətinin əməkdaşları gəlib. Rəhbərlik ərazilərdən qapı-qapı dolanmaqda davam edir.
E.ŞİRİNOV