Əsas məzmuna keç

Hindistanda sərnişin təyyarəsini ildırım vurub – FOTO

Hindistanda ildırım sərnişin təyyarəsinə dəyib və onun burun hissəsini sıradan çıxarıb.

Times of India qəzetinin məlumatına görə, pilotlar təyyarəni təhlükəsiz yerə endiriblər və göyərtədə olanlardan heç kim xəsarət almayıb.

Hadisə təyyarə Laknaudakı Chaudhary Charan Singh Beynəlxalq Hava Limanına yaxınlaşarkən baş verib.

“Hadisə Patnadan Laknauya uçan IndiGo reysində baş verib.

Eniş zamanı ildırım təyyarəyə dəyib və burun konusuna zərər verib. Zədəyə baxmayaraq, pilotlar təyyarəni cədvəldən səkkiz dəqiqə əvvəl təhlükəsiz yerə endiriblər. 104 sərnişindən və altı heyət üzvündən heç biri xəsarət almayıb”, – deyə açıqlamada bildirilir.

 

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…