Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatının rəhbərliyi ölkədə qadınlar üçün gözəllik salonlarının bağlanması barədə göstəriş verib.
Bu barədə çərşənbə axşamı “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, “Taliban” tərəfindən qurulan Əfqanıstan müvəqqəti hökuməti on günlük müddət müəyyən edib, bundan sonra qadınlar üçün gözəllik salonları bağlanmalıdır.
Bundan əlavə, radikalların qızların ticarət mərkəzlərində işləməsini qadağan etdiyi iddia edilir.
E.ŞİRİNOV