Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ötən gecə Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki Surp Pırgiç erməni katolik kilsəsinin yataqxana hissəsində baş verən yanğında 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Tezadlar.az Halk-tv-yə istinadla bildirir ki, yanğın zamanı 3 partlayış səsi eşidilib. Yanğınsöndürənlərin 4 saatlıq fəaliyyətindən sonra yanğın söndürülüb. Hadisənin başvermə səbəbi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.
Sosial mediada yanğının qəsdən törədilməsi barədə xəbərlər paylaşılır. İstanbul prokurorluğu araşdırmalara başlayıb.
A.Məmmədli