Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 Fevral 2023 / 17:15

RUSİYA UKRAYNAYA BİR NEÇƏ İSTİQAMƏTDƏN HÜCUMA HAZIRLAŞIR

Rusiya hərbçiləri müəyyən istiqamətlərdə hücuma hazırlaşır, həmçinin Limanski, Baxmutski, Avdeyevski və Novopavlovski istiqamətlərində hücum əməliyyatlarına cəhd etməkdə davam edir.

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi məlumat yayıb. Sitat: “Düşmən fəal şəkildə kəşfiyyat aparır, müəyyən istiqamətlərdə hücuma hazırlaşır, böyük itkilərə baxmayaraq, Limanski, Baxmutski, Avdeyevski və Novopavlovski istiqamətlərində hücum əməliyyatlarına cəhd etməkdədir.  Eləcə də Volın, Polesski, Severski və Slobojanski istiqamətlərində düşmənin hücumları nəzərdə tutulur”.

 Xatırladaq ki, gün ərzində Ukrayna Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri canlı qüvvənin cəmləşdiyi 3 ərazini və işğalçıların komanda məntəqəsini vurub.

Elçin

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!