13 Fevral 2023 / 10:20

ZƏLZƏLƏ QURBANLARININ SAYI 32 MİNƏ YAXINLAŞIR…

Kahramanmaraş mərkəzli 7,7 və 7,6 bal gücündə bir həftəni geridə qoyan zəlzələlərdə can itkisi 31 min 643-ə yüksəldi.

TEZADLAR.AZ xəbər verir ki, Türkiyənin Afət və Fövqəladə Hallar Agentliyi (AFAD) tərəfindən verilən məlumatda yazılır: “10 rayonda baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 31 min 643-ə yüksəldi. Yaralı sayı 80 min 278-dir.”

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay isə axtarış-xilasetmə məqsədi ilə sahədə 34.717 heyətin var-gücləri ilə çalışdırlarını bildirib.

  Ölkənin Xarici İşlər Nazirliyi bir çox ölkədən təxminən 10 min personalın sahədəki işi dəstəklədiyini qeyd edib.

  Xatırladaq ki, 6 fevralda Türkiyənin 10 rayonunda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər minlərlə insanın həyatına son qoyub və “Əsrin fəlakəti” adlandırılıb (trt).

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!