Hazırda işsiz olan tanınmış italiyalı mütəxəssis Antonio Konte iki Avropa klubunun diqqət mərkəzindədir.
Tezadlar.az-ın “Football-Italia” nəşrinə istinadən məlumatına görə, 57 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirməkdə İngiltərənin “Mançester Yunayted” və İtaliyanın “Yuventus” klubları maraqlıdır.
A.Kontenin son iş yeri “Napoli” olub. O, 2025/2026 mövsümünün sonunda klubdan ayrılıb.
Xatırladaq ki, hazırda “Yuventus”un baş məşqçisi vəzifəsini Luçano Spalletti tutur, “Mançester Yunayted”ə isə Maykl Kerrik rəhbərlik edir.







