Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiyalı sahibkarlar Əfqanıstana kömürlə işləyən energetikanın inkişafında kömək edəcəklər.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov müsahibəsində danışıb.
“Tatarıstan Respublikasından olan sahibkarlar Əfqanıstanda kömürlə işləyən istilik enerjisinin inkişafına dair memorandum imzalayıblar. Bu, İran və Pakistanla üçtərəfli layihədir. Boru istehsalçılarımız Türkmənistandan Pakistana və Hindistana qaz kəmərinin Əfqanıstan hissəsinin tikintisinə qoşulmağa hazırdırlar”, – diplomat bildirib.
O, həmçinin əlavə edib ki, ölkədə tibbi laboratoriyaların əhali üçün açılması üzrə layihə hazırlanır. Rusiya mütəxəssisləri isə Əfqanıstandan keçməklə Özbəkistandan Pakistana dəmir yolunun tikintisi ilə məşğul olan qrupda iştirak edirlər.
Jirnov Əfqanıstanın iqtisadi imkanlarla dolu olduğunu vurğulayıb.
E.ŞİRİNOV