Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


BMT-nin baş katibi Antonio Quterreş Gürcüstandakı bütün tərəfləri ölkədə gərginliyi artıran hərəkətlərdən çəkinməyə çağırıb.
Bununla bağlı açıqlamanı BMT Baş katibinin nümayəndəsinin müavini Fərhan Haq verib.
F. Haq “Baş katib Gürcüstandakı vəziyyəti izləyir, o, hamını gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır” deyib.
Bildirilib ki, BMT Baş katibi ifadə azadlığının, medianın maneəsiz fəaliyyətinin, vətəndaş cəmiyyətinin işinin və insanların dinc etiraz aksiyaları keçirmək hüququnun təmin edilməsinin vacibliyini dilə gətirib.