14 Aprel 2023 / 07:14

MEDVEDEVİN UKRAYNA İLƏ BAĞLI TVİTİNƏ MƏHDUDİYYƏT QOYULUB

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “Twitter”də Ukraynanın yoxa çıxması ilə bağlı yazısının nümayişi Almaniya və Polşada məhdudlaşdırılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Sosial şəbəkə yerli qanunvericiliyə görə yazının Almaniya və Polşada gizlədildiyini bildirir.

“Bu cavabsız qalmayacaq”, – Medvedevin köməkçisi Oleq Osipov bildirib.

Medvedev əvvəllər belə bir fikir söyləmişdi ki, Ukrayna nə Qərb, nə Afrika, nə də Asiya və Latın Amerikası ölkələrinə lazım deyil.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!