Əsas məzmuna keç

ÜST COVID-19 ÜÇÜN QLOBAL PANDEMİYA STATUSUNU LƏĞV EDİR

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus təşkilatın COVID-19 üçün qlobal pandemiya statusunu ləğv etdiyini bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

 “ÜST-nin COVID-19 ilə bağlı Fövqəladə Hallar üzrə Ekspert Komitəsi məndən COVID-19 İctimai Sağlamlıq Beynəlxalq Təhlükəsizliyini (İSBT) ləğv etməyimi xahiş etdi. Mən bu məsləhətə əməl etdim və pandemiyanın bitdiyini elan etdim”, – o deyib.

Qebreyesus həmçinin əlavə edib ki, rəsmi rəqəmlərə görə, epidemiya başlayandan bəri koronavirus təxminən 7 milyon insanın ölümünə səbəb olub. Eyni zamanda, ÜST rəhbəri hesab edir ki, real rəqəmlər daha çoxdur – ən azı iyirmi milyon ölü.

Daha əvvəl ÜST dörd həftə ərzində koronavirusdan ölümlərin 30% azaldığını açıqlamışdı.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…