Əsas məzmuna keç

AZƏRBAYCANDA COVID-19-A 4 NƏFƏR YOLUXUB

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına dörd yoluxma faktı qeydə alınıb, bir nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Tezadlar.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 599 nəfər müalicə olunaraq sağalıb, 10 min 281 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 470, bu günə qədər isə ümumilikdə 7 milyon 637 min 9 test icra olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…