Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ermənistan İstintaq Komitəsi 24 yaşlı rusiyalı Yelena Sergeyevanı qətlə yetirməkdə ittiham olunan ABŞ vətəndaşını axtarışa verib.
Tezadlar.az “Rossiyskaya qazeta”-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, rusiyalı qadının itkin düşməsi barədə məlumatı iyunun 6-da anası verib. Onun sözlərinə görə, qızı tanıdığı kişi ilə görüşmək üçün iyunun 4-də Moskvadan İrəvana uçub və əlaqəni kəsib.
İyunun 15-də Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Dilican-İrəvan avtomobil yolunun yaxınlığındakı meşədə hematomalı qızın meyitini aşkar ediblər. Araşdırma zamanı məlum olub ki, Sergeyeva hava limanını ABŞ vətəndaşı R.T-nin idarə etdiyi Gürcüstan nömrəli avtomobillə tərk edib.
“Müəyyən edilib ki, Sergeyevanın qətli, görünür, bu şəxs tərəfindən törədilib… və səbəb qısqanclıq və gərgin şəxsi münasibətlər olub”, – İstintaq Komitəsinin mətbuat xidməti bildirib.
Aydınlaşdırılıb ki, cinayətdən sonra amerikalı elə həmin gün Gürcüstana gedib, iyunun 5-də isə Türkiyəyə uçub.
“Məhkəmə R.T.-nin qiyabi həbsi ilə bağlı vəsatəti təmin etdi. O, axtarışa verilib”, – Ermənistan İstintaq Komitəsi yekunlaşdırıb.
E.ŞİRİNOV